Şirkət

3CX Microsoft Windows mühiti üçün nəzərdə tutulan yeganə proqram təminatı olmaqla yanaşı, köhnəlmiş telefon sistemini tam əvəz edir və Vahid Rabitə həlli çərçivəsində Windows əməliyyat sistemində işləyən digər proqramlar ilə inteqrasiya edilə bilir. SİP standartlarına əsaslanan və texnologiya sahəsindəki tərəfdaşları olan SnomYealink ilə bərabər 3CX, telefon sisteminin uğurlu gələcəyini sübut edir.

3CX mütərəqqi məhsulları ilə irəliləməyə davam edərək bu yaxınlarda şirkət daxilində və müştəriləri ilə rabitəni daha yüksək mərhələyə qaldıran web konfrans həllini təqdim edib. 3CX WebMeeting tam inteqrasiya imkanına malik olan və hər hansı bir əlavə plug-in yükləməyə ehtiyac qalmadan Google WebRTC texnologiyasından istifadə edir. Nəticədə bu, məhsuldarlığı artırmağa, ezmiyyə vaxtı və xərclərini azaltmağa, əməliyyatları və müştəri xidmətlərini təkmilləşdirməyə və satışların artmasına müsbət təsir göstərir.

ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Yaponiya, Rusiya, Cənubi Afrika, Avstraliya, Hong Kong və digər ölkələrdəki 15 ofisi və Alman, İspan, Fransız, İtalyan, Rus, Holland, Polyak, Yapon və bir sıra başqa dillərdə mövcud tam yerli web səhifələri vasitəsilə 3CX bütün dünya üzrə şirkətlərin telekommunikasiya ehtiyaclarını ödəmək imkanlna malikdir. 3CX, WebRTC, VoIP və SIPlə bağlı bütün yenilikləri, faydalı məsləhətləri və məqalələri şirkətin bloqundan əldə etmək olar.

3CX öz Vahid Kommunikasiya və telefoniya həlləri sayəsində dünyanın aparıcı şirkətləri olan Boeing, Hugo Boss, Vyana City, McDonalds, Wilson İdman Intercontinental Hotels & Resorts, Harley Davidson, MİT və digərləri tərəfindən seçilib. 3CX-in dünya üzrə 50,000 müştərisi və 30,000 partnyoru var.

100% kanal kompaniyası olan 3CX, öz satışlarını 3CX Partnyorlarının kanalları vasitəsilə həyata keçirir. 3CX-in Partnyor proqramı ardıcıl olaraq 20132014-cü illərdə CRN tərəfindən mükafatlandırılıb. 3CX Partnyor proqramı öz dilerlərinə pulsuz texniki və satış təlimləri, eləcə də pulsuz NFR lisenziyasını təklif edir.

3CX 2011, 2012-ci ildə CRN inkişaf etməkdə olan tərəfdaşı seçilməklə yanaşı “Most Innovative Product“, “Best Enterprise On-Premise“, Windows Server Sertifikatlaşdırma və bir sıra başqa mükafatlarla təltif edilmişdir.