Sərhədsiz ofis
Android, iPhone, Mac & Windows vasitəsilə zəng edin

3CX-i̇n Aparici Androi̇d Və iOS VoIP Tətbi̇qetmələri̇ İlə Əvəzsi̇z Mobi̇lli̇k

3CX Sizə ofis nömrənizi istənilən yerə özünüzlə aparmağa imkan verən iOS və Android üçün VoIP tətbiqetmələrə malikdir. Ofis nömrənizə gələn zənglərə cavab verin və müştəridən digər nömrəni yığmağı xahiş etmədən həmkarlarınıza yönləndirin. Şirkətinizin telefon xərclərini azaldın, produktivliyi artırın və bir daha heç bir zəngi buraxmayacağınıza əmin olun!

Təqdi̇rəlayi̇q Androi̇d Və iOS VoIP Tətbi̇qetmələri̇

3CX-in Android və İOS üçün sınaqdan keçmiş və təkmilləşmiş öz tətbiqetmələri mobil telefonlar üçün VoİP xidməti sahəsində yüksək standartlara tam cavab verir. İstənilən 3G və ya WiFi nöqtələrindən zəng etmək daxili tunel sayəsində Firewall tərəfindən mümkün bütün problemləri aradan qaldırır. 3CX-in Android və İOS tətbiqetmələri “PUSH” xəbərdarlıqdan istifadə etməklə mobil telefonunuzun akkumlyatoruna qənaət edir.

  • Bazarda mövcud olan ən güvənli Android və İOS VoİP tətbiqetmələri
  • Softfonlar üçün əlavə lisenziya məbləğinin olmaması
  • Mobil telefonun akkumulyatoruna qənaət edən “PUSH” xəbərdarlıq
  • Firewall-la problem yaratmayan daxili tunel/proksi
android iphone voip
android iphone voip

Ofi̇sdaxi̇li̇ Nömrəni̇zi̇ Özünüzlə Hər Yerə Aparin

3CX-in Android və İOS üçün tətbiqetmələri sayəsində ofisdaxili nömrənizi özünüzlə hər yerə apara bilərsiniz. 3CX-in vahid nömrə konsepti mobil nömrənizi paylaşmaq ehtiyacı olmadan bütün zəngləri ofisdaxili nömrədən etmək imkanını verir. Zənglərə cavab verə biləcəyiniz və ya məşğul olduğunuz barədə həmkarlarınıza statusunuzu dəyişmək yolu ilə məlumat verin.

  • Gələn və çıxan zəngləri əlavə xərc olmadan öz smartfonunuzdan edin
  • Azad, məşğul və ya ofisdən kənarda olduğunuzu statusunuzda birbaşa smartfonunuzan təyin edin
  • Bir nömrə konsepti
  • Həmkarlarınızın statuslarını telefonunuzdan görmə imkanı

Asan Konfi̇qurasi̇ya Və İdarə

3CX-in Android və İOS üçün tətbiqetmələri asan quraşdırılır və idarə edilir. İstifadəçilər birbaşa 3CX İdarəetmə konsolundan idarə olunur ki, bu da texniki dəstəyə əlavə zəng etmək zərurətini aradan qaldırır. Daxili tunel vasitəsilə 3CX tətbiqetmələri bütün firewall-larla problemsiz işləyir.

  • E-poçtu vasitəsilə uzaqdan konfiqurasiya imkanı
  • Konfrans zənglərin asanlıqla yaradılması
  • Tam inteqrasiya olunmuş asan istifadə
  • SİP paylaşma – bütün tətbiqetmələri eyni anda işlətmə
android iphone voip
Aleksandr Belov, İT Bölmə Rəhbəri, Souzenergo:
Souzenegro 3CX sadəcə möcüzə ATS-dir ! O unifikasiyalaşmış kommunkasiyaların inanilmaz faydalı funksiyalarını dəstəkləyir, bu da istənilən təşkilatda tamamilə mobil işgüzar mühit yaratmaqla, “öz cihazını gətir” fəlsəfəsini tam olaraq dəstəkləməyə imkan verir. Bazarda mövcud olan hər bir tanınmış əməliyyat sistemi və mobil platformaları üçün 3CX telefon əlavəsi mövcuddur. Öz sinfindəki başqa həllərlə müqayisədə kristal-aydın rabitə keyfiyyəti, ofisdən kənar işləmə imkanı və rabitə xərclərinə 50%-dən çox qənaətlə, Windows bazasında olan bu inqilabi 3CX ATS proqramı istənilən şirkətin xəyalı ola bilər.