Telefon danışıqlarına görə hesablarınızı ixtisar edin
SİP tranklardan istifadə edin, WebRTC & Proqram telefonları

Telefon Xərcləri̇ni̇zi̇ İki̇qat Azaldin!

3CX təqdim etdiyi imkanlarla müştəri xidmətininin keyfiyyətini və produktivliyi artırmaqdan başqa, həmçinin telefon xərclərinizi ikiqat azaltmağa və IP Telefoniyanın bütün üstünlüklərini əldə etməyə imkan yaradır! Sizin telefon xərcləriniz PBX alışı, genişləndirilməsi və dəstəyi xərclərində qənaət əsasında ikiqat azalacaq.

Telefon Xərcləri̇ni̇zi̇ İki̇qat Azaldin

Ofisdən kənarda olan işçilər ofis nömrəsindən pulsuz istifadə edə bilir. Kənarda yerləşən şöbə və filialları eyni şəbəkəyə qoşmaqla pulsuz daxili zənglər imkanı əldə edilir. İnternet saytınızdan şirkət nömrənizə brauzer vasitəsilə birbaşa zəng etmə funksiyası müştəri məmnuniyyətinin artırılmasına təkan verir.

  • Uzaqda yerləşən şöbə və mobil ofislərinizi telefon şəbəkənizə qoşmaqla onlarla aranızda pulsuz telefon rabitəsini təmin edin
  • Ofisdən kənarda olan işçiləriniz üçün ofisdaxili nömrədən pulsuz istifadə imkanını yaradın
  • SİP Trunkdan istifadə etməklə aylıq danışıq xərclərinə qənaət edin
  • WebRTC ilə müştərilərin sizinlə pulsuz əlaqəsini asanlaşdırın
IP-Telefonie
IP-Telefonie

Si̇zi̇ Xərcə Salmayan ATS

Ənənəvi ATS-lərdə miqyasın genişləndirilməsi çətin başa gəlir. Məsələn, yeni daxili nömrələr əlavə etmək istədiyinizdə ya əlavə lisenziya xərci, ya port çatışmamazlığı, ya da əlavə cihazların alınmasına ehtiyac problemi ortaya çıxır. 3CX-də ilə bu problemlərin heç biri mövcud deyil. Əlavə avadanlığa ehtiyac olmadan istədiyiniz sayda yeni daxili nömrə əlavə edə bilərsiniz!

  • Yeni daxili nömrənin əlavə olunması üçün lisenziya tələb olunmur
  • Əlavə avadanlığa ehtiyac olmadan ofisdaxili nömrələrin artırılması
  • Əlavə təlimə ehtiyac yoxdur
  • Əlavə xərc olmadan Vahid Rabitə funksiyalarının tətbiqi

İnteqrasi̇ya Edi̇lmi̇ş Web Konfrans Xi̇dməti̇

3CX-in inteqrasiya edilmiş Web Konfrans xidməti vaxta və pula qənaət etməklə istifadəçilərə harada olmalarından asılı olmayaraq “üz-üzə” ünsiyyətin üstünlüklərindən rahat istifadə etmək imkanını verir. 3CX-in WebMeeting üçün istifadə etdiyi qabaqcıl WebRTC texnologiyası ilə video konfranslar yaradın.

  • Bahalı Web Konfrans xidmətlərini aradan qaldırın
  • İstifadəçilər üçün lisenziya haqqının olmaması
  • Pulsuz video konfrans imkanı
  • Aylıq abunə haqqının olmaması
IP-Telefonie
Stephanie Stephenson, Müştəri Xidmətləri direktoru, Wiltshire College:
wiltshire 3CX telefoniya sistemi sizə uyğun və etibarlı həlldir. Onun məqsədi telefoniyanın planlı texniki xidmət sayını azaltmaq, xətlərin icarəsi, onlara texniki dəstək və danışıq xərclərini 70 % azaltmaqdır ki, bu da ildə 70 000 funt sterlinq qənaət deməkdi.