Unifikasiyalaşmış kommunikasiyalar
işdə olma haqqında məlumat, Çat, Səsli poçt, faksın emailə göndərilməsi
 

Vahi̇d Rabi̇tə Si̇stemi̇ İndi Daha Rahat

Status, Faks və emailə gələn səsli poçt, veb konferensiya və ani mesajlaşma imkanı 3CX üçün “uşaq oyuncağıdır”. İnteqrasiya olunmuş 3CX softfonları və smartfon üçün tətbiqetmələri ilə istifadəçilər ayrıca proqram təminatını öyrənmədən vahid rabitə sisteminin bütün imkanlarını əldə edirlər. Adətən bu cür imkanlar digər PBX sistemləri tərəfindən əlavə ödənişlə təqdim olunur.

Həmkarlarinizin Məşğul Olub Olmamasini Görün

İş yoldaşlarınızın statuslarını əvvəlcədən görə bilmək imkanı lazımsız yerə zənglərin yönləndirilməsinin və vaxt itkisinin qarşısını alır. İşinizi sakitlikdə tamamlamaq istəyirsinizsə, statusunuzu “məşğul“a dəyişməklə diqqətinizi yayındıran zənglərin qarşısını ala bilərsiniz.

  • Xərcaparan səsli mesaj xidmətlərindən azad olun
  • Müştəriləri gözlətməyən uzun-uzadı zənglərin yönləndirilməsinin qarşısını alın
  • Həmkarlarınızın statusunu 3CX-in Windows, MAC, Android və iOS tətbiqetmələrindən görün
Unified Communications
3CX Unified Communications

Fakslari Və Səsli̇ Mesajlari Epoçtunuza Qəbul Edi̇n

Daxil olan fakslar PDF-ə çevrilərək, hər hansı bir faks server proqramı tələb olmadan, e-poçtu vasitəsilə istifadəçilərə göndərilir. Eyni zamanda səsli mesajlar səs faylına çevrilərək e-poçtuna yönləndirilir.

  • Səsli mesajları inboksunuza yönləndirin
  • Səsli mesajlarınızı zəng etmədən dinləyin
  • Faksları PDF formatda epoçtunuza qəbul edin

Mesaj Və Chat İmkanlari

İşçilər bir-birləri ilə internet mesajlaşma proqramlarından istifadə etmədən rahatlıqla əlaqə yarada bilir. Zəngləri birbaşa CRM sisteminizdən edin. 3CX istifadəçiləri istədikləri yerdən Windows, MAC, Android və iOS tətbiqetmələri vasitəsilə bir-birlərinə mesaj göndərib, qəbul edə bilər.

  • Hər hansı əlavə mesaj proqramlarına ehtiyac yoxdur
  • Mesajlarınızı, linkləri və s. əlavə xərc olmadan göndərin
  • Windows, MAC, Android və iOS üçün mövcuddur
Unified Communications
Yorg Şvartc, Informasiya Texnologiyaları Direktoru, Axivas:
axivas 3CX-i tətbiq etməklə biz ənənəvi və bahalı Siemens sistemini tez və asan şəkildə dəyişə bildik. Problemsiz (Səlis) miqrasiya heç bir itki olmadan həyata keçirildi. Yeni sistem daha sürətli, maliyyət baxımından daha səmərəli, professional və idarəetməsi asan olan bir sistemdir.