ATS-nizi sürətləndirin
Özünüzdə və ya Buludda - xərclərinizi azaldın !

Rabitə Sisteminizi Sürətləndirin

3CX məşhur IP Telefonlar, SIP tranklar və Gateway-lər ilə işləyən açıq standartlı, proqram əsaslı ATS-dir. Bu veb konfrans, iştirak, softfon, smartfon üçün tətbiqetmələr və s. ibarət olan, “köhnə üsullu” ATS-lər kimi şişirdilmiş qiymət və çətin idarəetməyə ehtiyacı olmayan tamamilə Vahidləşdirilmiş Rabitə həllidir.

Rahat, sadə quraşdırılan və idarə olunan

3CX qiymətləri istifadəçi sayı deyil, eyni zamanda olunan zənglərə əsaslanaraq ATS-in alınmasını və genişləndirilməsini çox əlverişli edir. Bu sistem veb əsaslı idarəetmə konsoluna malikdir və əsas əməliyyat sistemlərində çalışaraq quraşdırılmasını və idarəetməni çox asanlaşdırır. Quraşdırma dəqiqələr çəkir və 3CX mövcud serverdə quraşdırıla bilər (ayrılmış server zəruri deyil).

  • IP telefon, SIP Gateway və Trunkları rahatlıqda qoşun
  • Daxili nömrələrin sayından asılı olmayan lisenziya
  • Virtual və ya mövcud serverdə quraşdırma imkanı
IP-Telefonanlage
VoIP-Telefonanlage

“Qutudan” Vahid Rabitə Sistemi

“Qutudan” Vahid Rabitə Sisteminin İştirak, Faks, E-mailə səsli poçt və ani mesajlaşma kimi imkanları əməkdaşlarınızın məhsuldarlığını qat-qat artıracaq. 3CX həmçinin inteqrasiya olunmuş, pluginlərə ehtiyac olmadan çalışan və hədsiz əməkdaşlıq üçün xüsusi imkanları olan veb konfrans sisteminə malikdir. Daha ətraflı

  • Həmkarlarınızın iştirakına nəzarət edin
  • Faks və səsli mesajlar göndərin
  • Hamı üçün veb konfrans

Mac, Windows, iOS və Android üçün softfonlar

Mac və Windows üçün güclü softfonları, həmçinin iOS və Android üçün mobil tətbiqetmələri ilə 3CX müştərilərə yüksək mobillik təqdim edir. Ofis nömrənizə gələn zəngləri smartfondan cavablandırın və ya IP  telefonunuzu CTI rejimi vasitəsilə idarə edin. Şirkətinizin mobil danışıq xərclərinizi ikiqat azaldın, əməkdaşların produktivliyini artırın və əlavə ödənişsiz mobillik əldə edin.

  • Nömrənizi istənilən yerdə istifadə edin
  • Rahat quraşdırma və istifadə
  • Office 365, Google, Outlook və digər sistemlərlə inteqrasiya!
 33321
Kaspars Berqa, Infrastruktur Bölməsinin Meneceri, 4Finance:
4finance 3CX münasib qiymətə sərhədsiz funksionallığa malik olan bir sistemdir. Bu telefon sistemi sizə gələn zənglərin interaktiv cavabla qarşılanmasından tutmuş, çoxsaylı zəng axınları vasitəsilə sizin tələblərinizə uyğun avtomatlaşdırılması üçün geniş imkanlara malikdir.